Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ölkədə aparılan antiterror əməliyyatları zamanı adı “qırmızı” axtarış siyahısında olan 2 terrorçunun öldürülməsinə münasibət bildirib.
Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.
“2 terrorçunun öldürülməsi Qarailanı məyus edib. Burada millətimizə söz veririk, Qarailanı ölü "ilan" halına gətirəcəyik”, - nazir bildirib.
Xatırladaq ki, Murad Qarailan PKK terror qruplaşmasının lideridir.