Almaniyanın şərqi və qərbində həyat səviyyəsinin bərabərləşdirilməsi təxminən 50 ildən çox vaxt apara bilər.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, bu prosesin sürətli gedəcəyi ilə bağlı ümidlər özünü doğrultmadı.
Qeyd edək ki, Berlin divarı 1961-1989-cu illər arasında mövcud olub.