Almaniyanın Mindelhaym şəhərində sərxoş azərbaycanlı sürücü saxlanılıb.
Oxu.Az xəbər verir ki, o, idarə etdiyi avtomobilə əlavə yük vurduğu üçün alman polisi tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı onun sərxoş olduğu müəyyənləşib.
Məlumatlara görə, avtomobilə ümumilikdə 3,5 ton yük vurulmasına icazə olub. Ancaq azərbaycanlı sürücünün idarə etdiyi Polşada qeydiyyatda olan avtomobildə 6,5 ton yük olub.
Saxlanılan avtomobil cərimə meydançasına aparılıb. Azərbaycanlı sürücü isə 500 avro dəyərində cərimə ödəməli olacaq.