Rusiya və Ermənistan arasındakı yüksək səviyyədə dialoq ikitərəfli gündəmdə əsas məsələlərin həllinə yardım edəcək.
Bunu “Mediamaks”a müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
O, Rusiyanın Ermənistanın aparıcı iqtisadi tərəfdaşı olduğunu və söyləyib:
“Bütün xarici investisiyaların 45%-i bizim ölkənin payına düşür. Bir sıra müştərəfk layihələr reallaşdırılır. Ermənistanda Rusiya kapitalı ilə çalışan 2000 müəssisə var”.
Lavrov Moskvanın gələcək Rusiya-Ermənistan münasibətlərinə optimizmlə baxdığını söyləyib.