“13 günlük müharibə diplomatlarımızın "əl"ini gücləndirdi” - Status-kvo kökündən dəyişib!
Turan
11:41 10.10.2020
Aktual
831
“Moskvadakı razılaşma cəmiyyətə hansısa qalıcı "sülh razılaşması" kimi sırına və yedirdilə bilməz!”
“Qarabağın taleyini də diplomatlar yox, döyüş meydanında Azərbaycan əsgəri müəyyənləşdirəcək!”
“ Cəmi bircə atəş istənilən atəşkəsi kəsmək və danışıqlara nöqtə qoymaq gücündədir"
"Əsgərin vəzifəsi - vuruşmaq, diplomatın işi - danışmaqdır!".
Bu sözləri "Sherg.az"a Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü deyib.
Partiya funksioneri qeyd edib ki, Azərbaycan əsgərinin 13 gün ərzində göstərdiyi şücaətin diplomatlarımızın əlini necə gücləndirdiyi ortadadır və Qarabağ məsələsində indiyədək mövcud olan status-kvonu da artıq kökündən dəyişib:
"Dünən bizə şərt diktə edən bu gün şərtimizə boyun əyir! Proseslərin gedişi ilə bağlı gözlədiklərimizin, təxmin etdiklərimizin, əvvəlcədən hesabladıqlarımızın hamısı bircə-bircə baş verir və bizi təəccübləndirmir. Rusiyanın bölgədəki təsir imkanlarını nümayiş etdirməyə hesablanmış məlum "Moskva görüşü" də bu sıradadır və tələsik nəticə çıxarıb ictimai rəyi yanlış istiqamətə yönləndirmək yolverilməzdir.
Əlbəttə, Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında atəşin müvəqqəti saxlanması haqda razılaşmaya bizdə verilən təbii sərt reaksiyalar - etirazlar anlaşılandır və bir daha Azərbaycan cəmiyyətinin savaş əzmini, iradəsini, yüksək döyüş ovqatını düşmənə, eləcə də vasitəçi dövlətlərə göstərmək sarıdan çox yaxşıdır.
Bizdəki bu ictimai ovqat təslimçi yalvarışlarla beynəlxalq vasitəçilərin ayağına düşmüş Paşinyan hakimiyyətinin danışıqlar stolu arxasında da sındırılıb geri çəkilməsinə rəvac verməklə yanaşı, vasitəçilərin də bundan sonra ədalətli mövqe tutmayacaqları təqdirdə, hadisələrin inkişafının qarşısını ala bilməyəcəklərinin ciddi siqnalı olmalıdır".
E.Şükürlü vurğulayıb ki, hansısa qüvvələrin bu prosesdən yararlanaraq, son 13 gün ərzində ölkəmizdə yaranmış birliyi, həmrəyliyi, yüksək döyüş əhval-ruhiyyəsini pozmalarına, ictimai rəyi bilərəkdən yanlış istiqamətlərə çəkmələrinə də imkan yaratmamalıyıq:
"Nəzərə almalıyıq ki, içdəki-çöldəki düşmən marığa yataraq, bizi ruhdan salmaq üçün belə bir fürsət axtarır! Əvvəla, bilməliyik ki, tərəflər arasında əldə olunan razılaşma "texniki atəşkəs" razılaşmasıdır, Rusiyanın gələcək danışıqlardakı dominant mövqeyini göstərməklə yanaşı, Ermənistan tərəfinin israrlı yalvarışları ilə baş tutub, humanitar məqsədlidir və müvəqqəti xarakter daşıyır: döyüş meydanından meyidlərin və yaralıların çıxarılmasına, əsirlərin dəyişdirilməsinə və tərəflər arasında sonrakı mərhələdə məslənin danışıqlar yoluyla həllinə nail olunmasına hesablanıb! Bu, heç bir halda cəmiyyətə hansısa qalıcı "sülh razılaşması" kimi sırına və yedirdilə bilməz!
Qarabağın taleyini də diplomatlar yox, döyüş meydanında Azərbaycan əsgəri müəyyənləşdirəcək! Cəmi bircə atəş istənilən atəşkəsi kəsmək və danışıqlara nöqtə qoymaq gücündədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media