14 noyabrdan bəri rus sülhməramlıları Qarabağa  48.459 erməni qaytarıb

Son sutka ərzində Qarabağa daha 218 erməni qaytarılıb.

Axar.az xəbər verir ki, bu məlumat Rusiya MN-nin Qarabağla bağlı günlük hesabatında əksini tapıb.

Bildirilib ki, bütövlükdə 14 noyabrdan bəri Qarabağa rus sülhməramlılarının qaytardığı ermənilərin sayı 48.459-a çatıb.

Rus sülhməramlıları ermənilərin İrəvandan təhlükəsiz gətirilməsi, yerləşdirilməsi, onlara humanitar yardım və mülki infrasturkturun bərpası ilə məşğuldurlar.

İndiyədək Qarabağda ruslar 479,2 hektar sahəni, 182,8 km yolu, 710 evi minalardan təmizləyib.