Azərbaycanın Baş Qərargah rəisi Hulusi Akarla görüşüb - YENİLƏNİB

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

12.17

Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunun Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərlə görüşüb.

APA-nın xəbərinə görə, Kərim Vəliyev Fəxri Qarovulun önündən keçib.

Daha sonra Türkiyə və Azərbaycanın Baş Qərargah rəisləri arasında görüş keçirilib.