Zəfər Günü ilə bağlı əfv olacaqmı? – AÇIQLAMA  

Bu il noyabrın 8-də Azərbaycanda ilk dəfə Zəfər Günü qeyd ediləcək. Vətən Müharibəsində qazandığımız tarixi qələbənin ildönümünə iki aydan az vaxt qalıb. Qarabağ Zəfəri ilə bağlı möhtəşəm tədbirlərin təşkil olunacağı bildirilir. 
Zəfər Günü münasibətilə gözlənilən humanist addımlardan biri də əfv sərəncamıdır. 8 noyabr ərəfəsində əfv sərəncamının verilməsi ilə bağlı təkliflər səsləndirilir.

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən Əfv Məsələləri üzrə Komissiyanın üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid əfvlə bağlı sərəncam imzalanmasının Prezidentin müstəsna səlahiyyəti olduğunu xatırladıb:

“Son illərin təcrübəsi göstərir ki, Əfv Komissiyası il ərzində toplanan müraciətlərə yanvar ayından başlayaraq baxır və adətən Novruz bayramı ərəfəsi əfv olur. Ola bilsin ki, tələb və ictimai fikir olarsa, cənab Prezident Zəfər Günü ilə bağlı da əfv sərəncamı imzalaya bilər”.

  Yeganə Bayramova