"Bütün əziz şəhidlərimizi rəhmətlə yad edirik"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop 15 sentyabr Bakının erməni və bolşevik işğalından azad edilməsi ilə bağlı tviter hesabında paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını erməni və bolşevik işğalından azad edib. Türkiyə-Azərbaycan qardaşlığının nışanı olan bu hadisənin 103-cü ildönümü münasibətilə başda Nuru Paşa olmaqla, bütün əziz şəhidlərimizi rəhmətlə yad edirik”.