Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Yusif Nəzərli
14:42 18.10.2021
Aktual
527
Professor Hamlet İsaxanlı (İsayev) Gürcüstan Respublikası Elmlər Akademiyasının həqiqi (xarici) üzvü seçilib!
"Sherg.az"xəbər verir ki, bu barədə "Xəzər" Universitetindən verilən məlumatda bildirilir.
Qeyd edilir ki, Hamlet İsaxanlı Gürsüstanda, Qardabani rayonunun Kosalı kəndində anadan olmuş, həmin məktəbi qızıl medalla, Azərbaycan Dövlət universitetinin mexanika -riyaziyyat fakültəsini fərqlənmə diploma ilə bitirib.
Azərbaycan Elmlər Akademiyası Mexanika-riyaziyyat institutunun və Lomonosov Moskva Dövlət universitetinin aspiranturasında oxuyub, Sovet İttifaqı Elmlər Akademiyasının Steklov institutunda dissertasiya müdafiə edib elmlər doktoru dərəcəsinə layiq görülüb.
Hələ Sovet dövründə Kanada, Almaniya Federativ Respublikası, Böyük Britaniya kimi ölkələrə dəvət olunub, Operatorların Spektral Nəzəriyyəsi və Çoxparametrli Spektral Operatorlar üzrə mühazirələr oxumuş, beynəlxalq konfranslarda iştirak edib.
Rus-Sovet riyaziyyat məktəbini təmsil edən “Luzin ağacı”nın (Древо Лузина) “Qelfand budağı”nda Azərbaycandan tək riyaziyyatçısı - Hamlet İsayevin adı həkk olunub.
Hamlet İsaxanlı 1990-1991-ci illərdə Azərbaycanın ilk özəl ali məktəbini- Xəzər Universitetini təsis etmiş və qurub, Xəzər Universiteti nəzdində Dünya məktəb kompleksinin həmtəsisçisi olub, ABŞ, Türkiyə və Azərbaycanlı beş görkəmli elm və sənət adamı ilə birlikdə Avrasiya Akademiyasını yaradıb.
Hamlet İsaxanlı çox geniş yaradıcı fəaliyyəti ilə tanınmışdır. Onun yaradıcılığında humanitar və social elmlər üzrə tədqiqatlar böyük yer tutur.
Riyaziyyat və Riyazi fizikaya aid əsərləri Hamlet İsayev, digər sahələrdə əsərləri isə Hamlet İsaxanlı imzası ilə yazılıb.
O, elm və mədəniyyət tarixi, dil və ədəbiyyat, leksikoqrafiya və tərcümə, fəlsəfə tarixi və tarix fəlsəfəsi, təhsil tarixi və fəlsəfəsi üzrə çoxsaylı məqalə və kitabların müəllifidir.
Hamlet İsaxanlı bədii yaradıcılıq sahəsində şair, yazıçı və libretto müəllifi kimi geniş tanınmış, Azərbaycan və Rusiya bəstəkarları onun əsərləri üzrə popuylar mahnılar, balet və musiqili tamaşalar yazıb.
London Wiley nəşriyyatında işıq üzü görən “The Polymath” kitabında (Waqas Ahmed) Hamlet Isaxanlı dünya polimatları (çox sahədə yaradıcı fəaliyyət göstərən ensiklopedik bilik sahibləri) sırasında yer alıb.
Hamlet İsaxanlı əsərlərini rusca, ingiliscə, azərbaycan və Türkiyə türkcəsində yazmış, məqalə və kitabları müxtəlif dillərə tərcümə olunmuş, müxtəlif ölkələrdə dərc olunub.
Gürcüstan Elmlər Akademiyası Hamlet İsaxanlı yaradıcılığını öyrənmiş, onun üç sahə - riyaziyyat, elm-mədəniyyət tarixi və dil-ədəbiyyat üzrə böyük uğurlara imza atdığını yəqin edib, Hamlet İsaxanlının özü ilə məsləhətləşmə nəticəsində onu riyaziyyat üzrə akademiyanın həqiqi (xarici) üzvü seçib.
Akademiyanın prezidenti Qiorqi Kvesitadze Hamlet İsaxanlını Akademik adı alması, Musxelişvili, Vekua kimi şöhrətli Gürcüstan riyaziyyatçılarının təmsil olunduğu Gürcüstan Elmlər Akademiyasına seçilməsi münasibətilə təbrik edib.
Hamlet İsaxanlıya can sağlığı və yeni yaradıcılıq və quruculuq uğurları arzu edirik!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər?
11:17 25.04.2026
Sosial