Qoşulmama Hərəkatı Azərbaycanın təşkilata sədrliyinin iki illiyi ilə bağlı paylaşım edib - FOTO


Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyinin iki illiyini qeyd edir.

Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat paylaşılıb.

“Bu gün Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin iki ili tamam olur. Düz iki il bundan əvvəl hərəkatın Bakıda 2019-cu il oktyabrın 25-26-da keçirilmiş 18-ci zirvə görüşündə Azərbaycan sədrliyi Venesueladan təhvil alıb”, - məlumatda bildirilib.

Xatırladaq ki, Azərbaycanın hərəkatdakı sədrliyi bir il də uzadılıb və 2023-cü ildə başa çatacaq.