Milli Məclisin sədri: “Helikopterin qəzaya uğraması xəbəri hər birimizi sarsıtdı”

"Bu gün Xızı rayonu ərazisindəki "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması xəbəri hər birimizi dərindən sarsıtdı". 

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova tviterdə yazıb.

“Hadisə nəticəsində həlak olan heyət üzvlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - o qeyd edib.