Separatçılar təlaş içində! - “Azərbaycan çevik hərbi hissələr açır” 

“Bu, o deməkdir ki, hərb variantı aktuallıq qazanarsa, Azərbaycanın keçirəcəyi əməliyyatlar operativ olacaq”

“Digər tərəfdən Bakı psixoloji təzyiq mexanizmini də işə salır, bu da separatçılar arasındakı əhvalı daha da ağırlaşdırr”

“Separatçıların hazırda yeganə ümid yeri sülhməramlılardır, Moskva isə bölgədən əlini çəkmək istəmir” 

“4 illik periodda Bakı-Ankara trafiki Qərbi aktiv proses iştirakçısı etməyə çalışacaq ki, Rusiya ordusu Azərbaycandan çıxsın”


Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında güllə yarası alaraq ölən erməni döyüşçü Qor Martirosyan barədə əlavə informasiya yayılıb. Martirosyanla bağlı hadisə baş verənə qədər o, üçüncü şəxs vasitəsilə Azərbaycan tərəfi ilə əlaqə saxlamağa çalışaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olmaq niyyətində olub. 

Buna səbəb isə xidmət “yoldaşları” tərəfindən alçaldılması olub. Görünür, onun niyyətindən separatçıların xəbəri olub, çünki zəng açıq əlaqə vasitəsilə həyata keçirilib. Ötən gün təxminən saat 21:20 radələrində avtomat səsləri eşidilib, bundan sonra hadisə yerinə Rusiya sülhməramlıları və təcili tibbi yardım maşınları gedib.

Separatçı cinayətkar rejimin fikrincə, bu cür nümayişkaranə edamlar düşmənçilik ideologiyasından imtina etmək istəyən hər kəs üçün dərs olmalıdır. Təslim olmağa və ya Azərbaycan vətəndaşlığını qəbul etməyə çalışan hər kəs ya zərərsizləşdiriləcək, ya da İzaura Balasanyan və dörd övladı ilə bağlı vəziyyətdə olduğu kimi “MTX-ya veriləcək” (Milli Təhlükəsizlik xidməti).  Baş vermiş hadisə göstərir ki, separatçılar arasında xaotik durum formalaşıb Azərbaycan , Rusiya və Ermənistan arasında izmalanmış10 Noyabr bəyanatına əsasən Rusiya sülhməramlıları separatçıları bölgəni tərk etməyə məcbur etməli idi.  Amma razılaşmanın bu bəndi icra edilmir.

Məsələni “Sherg.az”a şərh edən analitik Aqşin Kərimov bildirib ki, bağlı qapılar arxasında aparılan müzakirələr hələ ki, dəqiq fayda gətirməyib.

“Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalan erməni separatçıların ovqatı təlxdir. Çünki Azərbaycan sülhməramlıların məsuliyyət zonasına asan hərbi çıxışı təmin edən hərbi hissələr istifadəyə verib. 

Bu, o deməkdir ki, hərb variantı aktuallıq qazanarsa, Azərbaycanın keçirəcəyi əməliyyatlar çevik və operativ olacaq. Digər tərəfdən Bakı psixoloji təzyiq mexanizmini də işə salır, bu da separatçılar arasındakı əhvalı daha da ağırlaşdırr. Separatçıların hazırda yeganə ümid yeri sülhməramlılardır. Hələlik isə sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxması barədə aydın təsəvvürlərin olmaması onu deməyə əsas verir ki, Moskva bölgədən əlini çəkmək istəmir. 

A.Kərimov qeyd edib ki, Bakı sülhməramlılardan bəzən narazılıqlar ifadə etsə də, ümumi tabloda məmnunluğunu dilə gətirir:

 “Sülhməramlıların dislokasiyası üçün müddət 5 ildir, onun da bir ili geridə qalıb. Azərbaycan sülhməramlıların çıxmasını təmin etməyə çalışır. Bu onun göstəricisidir ki, ancaq bunu nə Rusiya, nə Türkiyə, nə də Azərbaycan ictimailəşdirir. Yerdə qalan 4 illik periodda Bakı-Ankara trafiki Qərbi aktiv proses iştirakçısı etməyə çalışacaq ki, Rusiya ordusu Azərbaycandan çıxsın. Türkiyədən hələlik sülhməramlıların məsuliyyət coğrafiyasına aid konkret mövqe görmürük. Moskva isə israrının dayanıqlı olmasını nümayiş etdirəcək. Cari vəziyyətə gəlincə, Azərbaycan və Ermənistan sülhməramlıların fəaliyyətindən məmnunluğunu dilə gətirib. Bəs buradakı fərqlər nədir?

Azərbaycan sülhməramlıların iştirakını mütləq sülh yolunda element kimi nəzərdən keçirir. Ermənistan isə bu amili revanşizmin alovlanması üçün mənbə hesab edir. Qarşıdan gələn 4 il müddətində sülhməramlıların çıxışının təmin olunub-olunmayacağını indiki gedişatlar fonunda müəyyənləşdirmək çətindir.

Rusiya müddətin uzadılmasına çalışır. Sülhməramlılar çıxarsa, həmin ərazilərdə rus icması şəklində “özəklər” saxlamaq istəyir”.

Xanlar Əlibəy