Jurnalistlərin Şuşa səfəri ərəb mediasında 

Jurnalist Əli Zülfüqaroğlunun Şuşa ilə bağlı hazırladığı reportaj Misirin nile.com və Əlcəzairin Alharir.info informasiya agentliklərində yayımlanıb. Yazıda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə jurnalistlərin Şuşaya səfərindən bəhs edilir.

Səfər çərçivəsində hazırlanan yazıda Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılır. Həmçinin erməni vandalizminin Şuşayada məscidlərə, tarixi abidələrə və digər obyektlərə verdiyi zərər ərəb oxucuların diqqətinə çatdırılır. Bundan başqa işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Şuşada da məscidlərin erməni vandallığına, təhqirə məruz qalması və məscidlərin timsalında bütün islam dünyasının ermənilər tərəfindən təhqir edilməsi önə çəkilir.
Yazıda Prezident İlham Əliyevin tapşırığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məscidlərimizin, eyni zamanda digər tarixi abidələrimizin əsaslı bərpası qeyd olunur.
Yazıya bu linklərdən daxil olmaq mümkündür:

https://www.nile1.com/%D8%B9%D9%84%D9%8A-%D8%B2%D9%84%D9%81%D9%88%D8%BA%D8%A7%D8%B1-%D8%A3%D9%88%D8%BA%D9%84%D9%88-%D9%8A%D9%83%D8%AA%D8%A8-%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%B1%D9%85%D8%B2-%D8%AD%D8%B1%D9%8A%D8%A9-%D9%82/?fbclid=IwAR3VkTTtv0jxTJVIGDulDZdK3HV6cFLlzHccPOY6tG671naaVM1CPKMwyVw

https://alharir.info/%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%B1%D9%85%D8%B2-%D8%AD%D8%B1%D9%8A%D8%A9-%D9%82%D8%B1%D9%87-%D8%A8%D8%A7%D8%BA/?fbclid=IwAR1rgWeP5phewdfbO_xrl8RXalLy7QjWm-jams8K_dJ-QRZ7327PO3vNIFg