Səfir: “Britaniya minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini Azərbaycanla bölüşür”

“Zəngilan, Füzuli, Bərdəyə səfərlərimdə minalardan çirklənmənin miqyasını gördüm”.

APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.


Səfir qeyd edib ki, Britaniya minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini Azərbaycanla bölüşür.

O, əlavə edib ki, bu gün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ANAMA ilə işləyən 4 britaniyalı minatəmizləmə mütəxəssisi ilə görüşüb.