Fransanın Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Fransanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, paylaşımda Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun Şəhidlər xiyabanını ziyarət etdiyi foto əks olunub.
“Fransanın Azərbaycandakı səfiri 1990-cı il 19 və 20 yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edib”, - deyə paylaşıma qeyd edilib.