
Moped sürücüsünü döyən məmurla bağlı tələb: “Üzr videosu paylaşılsın”
Yusif Nəzərli
13:37 26.04.2022
Aktual
953
Xəbər verdiyimiz kimi, Bakıda minik avtomobilinin sürücüsü moped sürücüsünü döyərək, təhqir edib. Mopedi idarə edən Murad Salmanın paylaşdığı görüntülər sosial şəbəkələrdə geniş müzakirə predimetinə çevriib və hadisəni törədən "Lexus” sürücüsü şiddətlə qınanıb.
Qeyd edək ki, "Lexus” markalı, 10-VX-707 dövlət nişanlı avtomobilin sahibi və sürücüsü Sultan Tofiq oğlu Dadaşov 2 il əvvəl Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilib. Onun Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində inzibati xarakterili vəzifə tutduğu da bildirilir.
Qaynarinfo-nun yaydığı məlumata görə, "Lexus” sürücüsü Sultan Tofiq oğlu Dadaşov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 25 sutkalıq həbs qərarı verilib.

Sosioloq Lalə Mehralı məmurun davranışını “Sherg.az”a açıqlamasında tənqid edib. O, belə hallar üçün öz təklifini irəli sürüb:
“Əvvəllər də buna bənzər hadisələr baş verib. Bununla bağlı Prezident İlham Əliyev dəfələrlə lazımı tədbirləri görüb. Öncəki hallarda da harınlıq, vəzifəsindən sui-istifadə edənlər cəzalandırılıb. Yetər ki, dövlət başçısına məlumat verilsin. Artıq mətbuatda da yayılıb ki, həmin şəxs tutduğu vəzifədən azad edilib və müvafiq olaraq cəzalandırılıb. Təklif edirəm ki, belə hallarda oğurluq edən şəxslərin, narkotik istifadəçilərinin üzr videoları yayıldığı kimi, bu insanların da üzr videosu paylaşılsın. Bu cür hallarda həm digər məmurlar dərs alır, həm də ictimaiyyətin qınağı yerinə yetirilmiş olur. Ümumilikdə məmurlar anlamalıdırlar ki, bu cür davranmağın nəticəsi nə olacaq. İnsan vəzifəyə gələ bilər, gedə də bilər. Vəzifə heç kim üçün daimi deyil. Amma illərlə qazandığı ad-sanı, hörməti, nüfuzu bir göz qırpımında itirməyi heç kim istəməməlidir”.
Sosioloq hesab edir ki, adıçəkilən şəxs tutduğu əməldən də peşman deyil:
“Həmin şəxs açıqlama verib ki, təzyiqi qalxdığına görə belə davranıb. Hesab edirəm ki, o şəxs davranışından peşman olduğu üçün belə açıqlama verməyib. Əgər hadisə gizli qalsa idi,kamera olmasaydı, yenə də bu cür davranmağa davam edəcəkdi. Çünki onlar artıq alışıblar. O, yalnız səhvinin səbəb olacağı şeylər üçün peşmanlığını dilə gətirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya