Əfv Komissiyasına siyahı təqdim olundu: “Jurnalistlər, bloqerlər...”

Heç kimə sirr deyil ki, Azərbaycanda əlamətdar tarixi günlərdə Prezident İlham Əliyev əfv sərəncamı imzalayır. 28 May “Respublika günü” də bu mühüm məqamlardan biridir. Azərbaycan cəmiyyəti məhz bu tarixi gündə də ölkə başçısının humanist addım atacağına ümidlər bəsləyir. Artıq bu iliun 26 aprel tarixində keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası daxil olmuş 100-dən çox müraciətə baxıb.  

 Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu  "Sherg.az "a danışarkən bildirib ki, 39 nəfərin adı siyahıya salınaraq Əfv Komissiyasına təqdim edilib .
  "Onların arasında siyasi məhbuslar üstünlük təşkil edir. Jurnalistlər, cəbhəçilər, bloqerlər və 3 nəfər ömürlük həbs edilən məhbusun adları xüsusilə qeyd edilib. Və prezidentdən xahiş edilib ki, siyasi məhbusların azadlığa buraxılması məsələsi birdəfəlik yekunlaşdırılsın.

 Növbəti günlərdə Komissiyanın öz fəaliyyətini davam etdirəcəyi gözlənilir. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik  məlum deyil. Ümumilikdə 2003- cü  ildən indiyədək 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5672 nəfər azadlığa buraxılıb və ya cəzasını qalan hissəsi azaldılıb”.

Nihat Müzəffər