20 hektara yaxın ərazi yanıb
Turan
09:57 03.11.2020
Aktual
664
Ermənistan ekologiyamıza da böyük ziyan vurur
İşğalçı Ermənistan 27 sentyabrdan başlayaraq Azərbaycana qarşı ekoloji təcavüz həyata keçirir. Beynəlxalq hüququn müvafiq müddəalarına və üzərinə götürdüyü öhdəliklərə baxmayaraq işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətləri vəhşicə istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə sağalmaz zərbə vurmaqdadır.
30 ilə yaxındır işğala məruz qalan Azərbaycan ərazilərindəki meşələrdə və quru otlaq sahələrində yanğınların baş verməsi adi hala çevrilib. Yanğınlar adətən odlu silahlardan açılan atəş və minaların partlayışı nəticəsində baş verir. Yanğınlara nəzarət edilmədiyindən nəinki Azərbaycanın, hətta bütün Qafqazın təbii mühitinə, meşə təsərrüfatına, bitki və heyvanlar aləminə böyük ziyan dəyməkdədir. Oktyabrın 29-da döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisi də Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb.
Parlamentdə Göygölü təmsil edən millət vəkili Müşfiq Cəfərov erməni təxribatı ilə bağlı “Şərq”ə açıqlamasında yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində tədbirlər görüldüyünü deyib. Deputatın sözlərinə görə, yanğın günlərlə davam edib: “20 hektara yaxın ərazi yanaraq məhv olub. Ermənistan öz əməlinə heç bir qanun və beynəlxalq hüquqla haqq qazandıra bilməz.
Ermənilər gec-tez işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılacaqlarını yaxşı bildiklərindən ətraf mühitə, infrastruktura və sivil insanlarımıza bacardıqca çox ziyan vurmağa çalışırlar.
31 oktyabr Şuşa meşələrində başlayan yanğınlar da bu niyyətin bariz nümunəsidir. Faktiki olaraq Ermənistan tərəfi silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidir.
Çünki müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması ilə bağlı beynəlxalq konvensiyalar qəbul olunub. Lakin Ermənistan beynəlxalq səviyyədə qəbul olunmuş digər öhdəliklərə əməl etmədiyi kimi ətraf mühitlə bağlı sənədlərə də riayət etmir.
Mən Milli Məclisin deputatı kimi Azərbaycan xalqı adından BMT, Avropa Şurası, ATƏT və bütün beynəlxalq səviyyəli təşkilatlara müraciət edərək Ermənistanın ekoloji terroruna qarşı qəti mövqe sərgiləmələrini tələb edirəm.
Ümid edirik ki, məruz qaldığımız terror pislənəcək və səbəbkar dövlət məsuliyyətə cəlb olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə