Azərbaycan və Rumıniya əməkdaşlıq protokolu imzalayıb

Azərbaycan və Rumıniya iki ölkə arasında gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən protokol imzalayıb.
“Report”un məlumatına görə, sənəd Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında çərvəsində imzalanıb.
Protokolu Komissiyanın həmsədrləri – Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku imzalayıb.
Rəsmilər iclasın yekunlarına, imzalanan sənədə dair brifinq keçirib, protokolun Azərbaycan və Rumıniya əlaqələrinin inkişafında önəmli rol oynayacağına əminlik ifadə ediblər.