Türk PA-nın baş katibi: “QH-yə Azərbaycanın sədrlik müddətinin uzadılması İlham Əliyevə inamın təzahürüdür”

“Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin uzadılması Prezident İlham Əliyevə və Azərbaycana inamın növbəti təzahürüdür”.
Oxu.Az bildirir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasının (Türk PA) Baş katibi Mehmet Süreyya Er deyib.
O qeyd edib ki, dünyada sülhə və əməkdaşlığa nail olunmasında parlamentlərarası əlaqələr və parlament təşkilatları mühüm rol oynayır.
Er bildirib ki, parlamentlərarası əməkdaşlıq ortaq hədəflərə nail olmaqda mühüm əhəmiyyət kəsb edir.
“Türk PA digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır”, - deyə baş katib əlavə edib.