"Qanun hazırlanmalıdır"

Elman Nəsirov: “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlanılsın"

  “Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, qanun hazırlanmalıdır”. Bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında deputat Elman Nəsirov deyib. Deputat təklif edib ki, “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlanılsın: 

“Sosial şəbəkələrdə təhqirlər çoxdur. Mən İnsan hüquqları komitəsinin üzvü olaraq öz hüquqlarımı sosial şəbəkələrdə müdafiə edə bilmirəmsə, başqasının hüquqlarını necə müdafiə edim? Biz bu qanun layihəsinin hazırlanması üçün təşəbbüsü ələ almalıyıq. Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, insanlar təhqir olunur, böhtan atılır. Nəhayət, biz sosial şəbəkələr haqqında qanun layihəsinin hazırlanmasına başlamalıyıq”. 

  E.Nəsirov informasiya təhlükəsizliyi ilə bağlı dinləmə keçirilməsini də təklif edib:

“Xaricdə oturub Azərbaycana şər-böhtan atan bloqerlər, sapı özümüzdən olan baltalar var”. Həmçinin, bildirib ki, bu gün məhkəmələrdə bəlkə də ədalətli qərarlar verilir, amma bu qərarların icrasında süründürməçilik var. Ən çox şikayətlər bununla bağlıdır. Məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün biz addımlar atmalıyıq”.