Paşinyan sülh gündəliyini arxa plana keçirmək istəyir





 Təxribatların daha da şiddətlənəcəyi istisna deyil 

"Nikol Paşinyan yeni hücumun anonsunu verir. O, BMT Baş Assambleyasında çıxışı zamanı iddia edib ki, “Azərbaycandan yeni təcavüz təhlükəsi var”".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitik bildirib ki, bu, Şərq İqtisadi Forumunda etdiyi “alibi qazanmaq” gedişinin təkrarıdır: 

"Erməni baş nazir Vladivostokda iddia etdi ki, “Azərbaycan Ukrayna müharibəsindən istifadə edərək, hücum edəcək”. Ardınca 12 sentyabr təxribatı ilə Azərbaycanı “hücum edən” tərəf kimi göstərmək və bölgədəki sülh gündəliyini arxa plana keçirmək senarisini oynadılar. İndi BMT tribunasından Azərbaycanın “yeni hücumu” haqda xəbərdarlıq edir, paralel olaraq, sərhəddə erməni diversiya qrupunun sızma təxribatı da daxil olmaqla hücumlar intensivləşir. Bu təxribatların məhz Paşinyanın Nyu-Yorkda olduğu vaxt intensivləşməsi “mən ölkədə olmadığım vaxt Azərbaycan hücum etdi” rəyinin dünyaya sırınmasına hesablanıb.
Təxribatların daha da şiddətlənəcəyi istisna deyil. Ermənistan Azərbaycanı beynəlxalq ictimaiyyətdə “təcavüzkar” kimi təqdim etmək və üçtərəfli razılaşmaların icrasını arxa plana keçirmək senarisini davam etdirir".