Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 85 720 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 898 tank, 5 839 zirehli maşın, 1 889 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 547 PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 4 400 avtomobil texnikası və avtosistern, 161 xüsusi texnikadan ibarətdir.