Çavuşoğlu Urumçidəki yanğında ölənlərə bağlı başsağlığı verib

“Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçidə baş verən yanğın nəticəsində həyatını itirən və yaralananlar ilə bağlı başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Diplomatik mənbələrdən isə bildirilib ki, Türkiyə Çin səlahiyyətlilərindən yanğının səbəblərinə dair aydınlıq gətirmələrini istəyib.