Prezident İlham Əliyev macarıstanlı həmkarını Azərbaycana səfərə dəvət edib

Macarıstanda yenidən olmaqdan məmnunam. Dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda, müzakirələrlə dolu görüşümüz oldu. Bu gün biz söhbəti davam edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşündə bildirib.
Dövlətimizin başçısı Macarıstan Prezidentini uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək bildirib ki, biz dialoqu beləcə davam etdirə bilərik.