Baş nazirin müavini Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.