Vesprem və Şuşa şəhərləri arasında əməkdaşlıq protokolu imzalanıb - FOTO

Avropanın Mədəniyyət Paytaxtı Vesprem və Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa arasında əməkdaşlıq protokolu imzalanıb. "Sherg.az" xəbər verir ki, Bu barədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yeni baş katibi Sultan Rayev tvitter hesabında yazıb. O bildirir:"Türk Dünyası Mədəniyyət Paytaxtı tətbiqini həyata keçirməmiz üçün bir pillə irəlilədik. Mədəni maarifləndirmə üçün hər fürsətdən istifadə etməliyik".

Qeyd edək ki, yanvarın 30-da Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıblar.