İstəyən vətəndaşlığımızı qəbul edib yaşayar, istəməyən...  - Millət vəkili 

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

 Bununla bağlı avqustun 8-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların sənədləri yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxladığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Xankəndi-Gorus istiqamətində, Laçın  sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidinin növbəti dəfə təmin edilməsini "Sherg.az"a şərh edən millət vəkili Elman Məmmədov bildirib ki, hər bir millətin özünə məxsus mentaliteti və spesifik xüsusiyyətləri var: 

"Erməni milləti deyilən murdar topluma isə  qudurğanlıq, xəyanətkarlıq, satqınlıq və.s aiddir. Tarixi hərəkətləri ilə bunları milyon dəfə təsdiq  ediblər. Son 35  ildə bizə qarşı etdikləri xəyanətkarlıq və çörək itirənlik buna sübutdur. Bunlara güzəşt və  humanistlik etmək olmaz. Azərbaycan onlara qarşı həmişə humanist olub, güzəştlər edib. Onlar elə bilirlər ki, bu borcdur, belə də olmalıdır. Üstəlik deyirlər ki, bu, azdır daha çoxu olmalıdır. Cinayətkar Araik Arutyunyan Ağdam-Xankəndi yolundan istifadəyə razılıq üçün Vaqif Xaçaturyanı istəyib. Görün, nə qədər düşüncəsiz hərəkətdir. Azərbaycan bizim  millətimizə xas olan insanpərvərliyi və  sülhsevərliyi nümayiş etdirir. Sözdə deməklə qalmayıb, əməldə də təsdiq edir. Ancaq bunların dəyərini, qiymətini onlar bilmir. Çox təəssüf ki, təkcə Ermənistan tərəfi deyil, onlara havadarlıq edən, tarix boyu onları əlində alətə çevirən qüvvələr bunlardan daha betərdir".

E. Məmmədov onu da qeyd edib ki, Azərbaycan tərəfi  xarici, daxili  təzyiqlərin qarşısında həm öz qanunlarına, həm də beynəlxalq qaydalara  və  konvensiyalara istinad edərək ədalətli mövqe tutur:

"Vaxt tədricən daralır, onlar hiss edir və çabalayırlar. Belə deyim var:  "Suda batan saman çöpündən yapışır". Ermənistan tərəfi  bütün oyunbazlığa və təlxəkliyə əl atır. Bunları meymun kimi ortada oynadanlar daha çox nifrətə layiqdir. Çünki sülh yaranmasına əsas maneə olan qüvvələr onlara şirin vədlər verənlərdir. Ancaq biz düz yolumuz ilə gedirik. Tədbirlər görürük, bütün  yollarımız və ərazilərimiz bizim nəzarətimizdə olacaq. Vətəndaşlığımızı istəyən qəbul edib yaşayar. İstəməyən isə gedə bilər".