Vladimir Putin: İnsan itkisi hər kəsi şoka salır

Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarını rədd etməyib

"Danışıqlar prosesindən çıxdığını açıq şəkildə elan edən Rusiya deyil, Ukraynadır"


  Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən G20 sammitində videokonfrans vasitəsilə iştirak edib. Putin Ukrayna ilə danışıqlar masasına oturmaqdan heç vaxt imtina etmədiklərini bildirib.

"Həkimlərin uşaqları anesteziyasız əməliyyat etdirməsi şok deyilmi?"

  "Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Putin deyib ki, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarını rədd etməyib. Onun sözlərinə görə, danışıqlar prosesindən çıxdığını açıq şəkildə elan edən Rusiya deyil, Ukraynadır: 
"Üstəlik, bu, Prezidentin (Volodimir Zelenski) Rusiya ilə bu cür danışıqları qadağan edən fərmanı ilə leqallaşdırılıb". Ukraynadakı müharibəni İsrailin Fələstinə davam edən hücumları ilə müqayisə edən Putin bildirib ki, bu, müharibədir, insan itkisi hər kəsi şoka salır: "2014-cü ildə Ukraynada baş verən qanlı çevriliş və ondan sonra Kiyev rejiminin Donbassdakı xalqına qarşı apardığı müharibə də şok yaratmadımı? Eyni zamanda bu gün Fələstində və Qəzza zolağında dinc əhalinin məhv edilməsi şok deyilmi? Həkimlərin uşaqları anesteziyasız əməliyyat etdirməsi şok deyilmi? Birləşmiş Millətlər Təşkilatının baş katibinin Qəzzanın nəhəng uşaq qəbiristanlığına çevrildiyini söyləməsi şok deyilmi?". 

“Biz beynəlxalq əməkdaşlığın tərəfdarıyıq”

  Putin beynəlxalq əməkdaşlığın tərəfdarı olduqlarını və Ümumdünya Ticarət Təşkilatının yenidən fəal rol alması lazım olduğunu bildirib: “Rusiya BMT normaları və qarşılıqlı maraqlara əsaslanan açıq və qarşılıqlı faydalı beynəlxalq iqtisadi əməkdaşlıq ruhunun yenidən qurulmasının tərəfdarıdır. Qarşılıqlı hörmətə əsaslanan iş prinsipləri qurulmalıdır. Qlobal iqtisadi idarəetmə sisteminin effektiv şəkildə optimallaşdırılması, yəni ÜTT-nin arbitraj funksiyası da daxil olmaqla, tam yenidən aktivləşdirilməsi vacibdir. İnkişaf etməkdə olan iqtisadiyyatların beynəlxalq maliyyə institutlarında, o cümlədən BVF və Dünya Bankında rolunu artırmaq və bu qurumların resurslarından fürsətçi siyasi məqsədlər üçün deyil. Real ehtiyacı olan ölkələrin və regionların inkişafı üçün istifadə etmək lazımdır”. 

"Böhranın səbəbi Qərb ölkələrinin embarqosu və yanlış iqtisadi proqramlarından qaynaqlanır"

  Koronavirusun yayılmasından sonra Qərb dövlətlərinin iqtisadi siyasətlərini tənqid edən Putin əlavə edib ki, davam edən qlobal iqtisadi böhran Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən deyil, digər ölkələrin embarqosu və yanlış iqtisadi proqramlarından qaynaqlanır.

“Boru kəmərlərindəki partlayışlar dövlət terrorudur”

  Rusiya dövlət başçısı qeyd edib ki, "Şimal axını" boru kəmərlərinin təxribatına görə Ukrayna və qərb ölkələri dolayısı ilə məsuliyyət daşıyır: "Rəqibləri aradan qaldırmaq və üstünlük əldə etmək üçün ədalətsiz rəqabət mübarizə üsullarından istifadə edilir. Xüsusilə, təkcə nəqliyyat və logistika zəncirlərinin və beynəlxalq hesablaşma kanallarının məhv edilməsi deyil, həm də "Şimal axını" boru kəmərlərinin təxribatına görə məsuliyyət daşıyır. Mən "dövlət terror aktlarını" da nəzərdə tuturam. Baltik dənizinin dibinə çəkilən "Şimal axını" təbii qaz kəməri bunun bariz nümunəsidir".

"Enerji və ərzaq təhlükəsizliyi sahələrində pisləşmə dərinləşir" 

  Rusiyanın enerji və qida ilə bağlı öhdəliklərini yerinə yetirdiyini vurğulayan Putin bazarlarda artan təlatüm, beynəlxalq maliyyə sektorunda problemlər, enerji və ərzaq təhlükəsizliyi sahələrində də pisləşmə olduğunu söyləyib: “Təbii ki, Rusiya bu sahədə bütün öhdəliklərini yerinə yetirir və ən böyük ərzaq ixracatçılarından biri olmaqda davam edir. Ancaq problemlərin miqyası genişlənməkdədir".