
Politoloq: Astana formatı səmərəsiz və uğursuzdur
13:34 06.12.2024
Aktual
614
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dohada İran və Türkiyədən olan həmkarları Abbas Arakçı və Hakan Fidanla Suriyada pisləşən vəziyyəti müzakirə etmək üçün görüş gözləyir. O, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. Lavrov qeyd edib ki, Rusiyada Suriyadakı terrorçuları kimin dəstəklədiyi barədə məlumat var. Həmçinin qeyd edib ki, Rusiya isə bu prosesdə bütün tərəfdaşlarla onların maliyyə və silah kanallarının qarşısını necə alacağını müzakirə etmək istərdi. İctimai sahədə olan məlumatlarda, xüsusən amerikalıların, britaniyalıların və bəzilərinin adı çəkilir. Onun sözlərinə görə, bəziləri Qəzzanın bu qədər ciddi nəzarət altında olmaması üçün İsrailin vəziyyətin gərginləşməsində maraqlı olduğunu deyir. Lavrov vurğulayıb ki, Suriyada vəziyyəti sabitləşdirmək asan deyil, bu, çoxlu tərəflərin iştirak etdiyi mürəkkəb bir oyundur.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Sergey Lavrov ATƏT-in Maltada keçirilən mətbuat konfransında bu il dekabrın ortalarında və yaxud 2025-ci ilin əvvəllərində Astana formatında görüşün keçirilə biləcəyini söylədi:

“Astana formatı səmərəsiz və uğursuz formatdır. Çünki Astana formatı zamanı Moskva, Ankara və Tehran arasında atəşkəsə dair razılıq əldə olunmasına baxmayaraq, Rusiya və Əsəd qüvvələri Hələb, İdbil şəhərlərində daim Türkiyənin qüvvələrinə və yerli sakinlərə atəş açıb. Bu barədə Türkiyə dəfələrlə Rusiyaya qarşı etirazlarını bildirib. Əldə edilmiş razılığa əsasən bu kimi şəhərlərdə Türkiyə və Rusiya hərbiçilərindən ibarət ortaq patrul xidməti göstərməliydi. Amma hadisələr belə bir xidmətin fəaliyyətinin olmadığını göstərir”.
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm