
Analitik: "Əyalət mollası" cəzasını almalıdır
Yusif Nəzərli
11:45 11.01.2025
Aktual
671
Pezeşkianın zəngi və eyni gündə Əhmədianın Bakıya səfəri mesajların yerinə çatdığını göstərir
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində İranla münasibətlərə toxunması və hadisələrin inkişafını detallı şəkildə izah etməsi son zamanlar qarşı tərəfdən artan təhdid siyasətinə verilən ən güclü cavab idi. Suriyada yaxın müttəfiqi Əsəd rejimini qoruya bilməyən, son 6 ayda Yaxın Şərqdəki proksi qüvvələrinə yardım əli uzatmaqda aciz qalmış İran rəhbərliyinin diqqəti başqa yönə çəkmək üçün Azərbaycanı hədəf seçməsi heç bir halda cavabsız qala bilməzdi. Ərdəbilin imam-cüməsi Seyid Həsən Amulinin təhqiramiz fikirləri bir daha bu ölkənin informasiya siyasətini ortaya qoyur. Ərdəbil Azərbaycan şəhəridir və görünür ki, İran rəhbərliyi hər dəfə Amulini danışdırmaqla güney məsələsindən nə qədər qorxduğunu açıq şəkildə ortaya qoyur.
Siyasi şərhçi Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, Amuli "əyalət mollası"dır və onun həddini aşaraq qonşu dövləti və onun rəhbərliyini təhdid və təhqir etməsi şübhəsiz ki, icazə və razılıqla mümkündür. Ekspertin sözlərinə görə, görünür, Əli Xameneinin xeyir-duası və SEPAH-ın əmri ilə hərəkət edən bu molla cəzasız qalacağından çox arxayındır:

"Prezident İlham Əliyevin rəsmi İranı fakt qarşısında qoyması və prinsipial mövqe sərgiləməsi Tehranda çaşqınlıq yaratdı. Heç təsadüfi deyil ki, ertəsi günü İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya gəldi və eyni gündə İran Prezidenti Məsud Pezeşkian da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etdi. Dövlət başçısı hadisələri detallı şəkildə izah etməklə Azərbaycan xalqını da İranın düşmən münasibəti və atdığı addımlar barədə məlumatlandırdı. Ölkə rəhbəri paralel şəkildə İranın rəhbər dairələrinə, Amulini təyin edən və danışdıranlara da konkret mesaj göndərdi. Dövlət başçısı faktiki şəkildə göstərdi ki, İranın heç bir hərəkəti cavabsız qalmayıb və bundan sonra da qalmayacaq".
Analitikə görə, Azərbaycana qarşı informasiya siyasəti məhz mühafizəkar dairələr, əsasən SEPAH tərəfindən aparılır:
"İslahatçı cinahın nümayəndəsi Məsud Pezeşkianın prezident seçilməsindən sonra ikitərəfli münasibətlərdə müsbət irəliləyişlərin olacağı gözlənilən idi. Prezidentimiz İranın yeni rəhbərliyinə də vəziyyətdən çıxış yolunu göstərdi. Əgər İran Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, səfirliyimizə hücum edən terrorçu dərhal edam edilməli, Həsən Amuli vəzifəsindən azad edilərək Azərbaycandan üzr istəməli və İrandan bir daha bu kimi hücumların olmasının qarşısı alınmalıdır. Əks halda Azərbaycan da lazımi addımları atacaq. Pezeşkianın zəngi və eyni gündə Əhmədianın Bakıya səfəri mesajların yerinə çatdığını göstərir. Qalır İran tərəfinin bu mesajları düzgün dəyərləndirərək irəliyə doğru lazımi addımları atması..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya