Dünya İqtisadi Forumunun növbəti illik toplantısı İsveçrənin Davos şəhərində öz işini davam etdirir. Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçirilir. Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunacaq: İnkişafın yenidən dizayn edilməsi, İntellektual əsrdə sənayelər, İnsan kapitalına investisiya, Planetin mühafizəsi və Etimadın bərpası. Dünən ABŞ-da vəzifəsinin icrasına başlayacaq Donald Trampın yanvarın 23-də sammitə onlyan olaraq qoşulması gözlənilir. Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir. Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur.
Qeyd edək ki, yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF)iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gedib.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifovun “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı olduqca önəmli hadisədir:
“Azərbaycan Davosda keçirilən beynəlxalq tədbirdə hər il iştirak edir. Bu platformada bir araya gələn dünya liderləri bəşəriyyəti düşündüqrən problemlərin həlli yolllarını birgə araşdırırlar. Davos Forumunda eyni zamanda işgüzar görüşlər keçirilir və bu mənada forum investisiyaların cəlb edilməsi üçün ən yaxşı platformalardan biri hesab olunur. Dünyanın aparıcı kompaniyalarının rəhbərlərinin bu forumda iştirakı da dediyimiz hədəfləri reallaşdırmaq üçün yaxşı imkanlar yaradır. Azərbaycan artıq özü beynəlxalq tədbitrlərin keçirilməsinin ən münbit məkanlarından birinə çevrilib. Keçən ilin noyabr ayında COP29 kimi ən böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan indi Davosda daha nüfuzlu bir tərəf kimi təmsil olunur. Düşünürəm ki, biz bu platformada keçirəcəyimiz görüşlərlə ölkəmizə yeni investisiyaların axınına yol aça bilərik”.