Yerli icra strukturları ləğv edilməlidir - Natiq Cəfərli
Yusif Nəzərli
06:39 02.09.2025
Aktual
817
Natiq Cəfərli: "Qarabağ və Şərqi Zəngəzurda Prezidentin şəxsi nümayəndəlik institutu özünü daha effektiv və səmərəli göstərib"
Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib. Yoxlama zamanı icra hakimiyyətində ciddi nöqsanlar aşkar edilib. Məlum olub ki, O.Hüseynzadə icra başçısı təyin edilərkən özü ilə 5 nəfəri də Ağdaşa gətirərək müxtəlif vəzifələrə təyin edib və onların üzərindəki işlərin çoxunu həmin məmurlar həyata keçirib. Bunun nəticəsində etirazlar yaranıb və O.Hüseynzadə həmin şəxsləri işdən azad edib. İşdən çıxarılan şəxslər arasında Quliyev Elvin (İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi), Bayramov Şahin (Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi) və Quliyev Samir (Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə) yer alır.
Qeyd edək ki, O.Hüseynzadə açıqlama verərək şiddətli töhmət almasına münasibət bildirib: “Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz. İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.
Mütəxəssislər isə bildirirlər ki, mövcud idarəçilik sistemi icra başçılarının sui-istifadə hallarına şərait yarada bilər. Belə halların qarşısını almaq üçün yerli özünüidarəetmə orqanlarının, yəni bələdiyyələrin səlahiyyətlərinin artırılması və onların nəzarət funksiyalarının gücləndirilməsi təklif olunur. Bu, icra hakimiyyətlərinin fəaliyyətində şəffaflığın artırılmasına və məmur məsuliyyətinin daha dəqiq müəyyən edilməsinə imkan verə bilər.
ReAL partiyasının sədri Natiq Cəfərli “Sherg.az”a açıqlamasında yerli icra hakimiyyətlərinin sovet dövründən qalmış, mənasız və səmərəsiz bir struktur olduğunu deyib:
“İllərdir bu haqda danışırıq ki, yerli icra hakimiyyət strukturları ləğv edilməlidir. Bu qurumlar həm demokratik idarəetmə prinsiplərinə cavab vermir, həm də vətəndaşların problemlərinin həllində gecikmələr yaradır. Son illərdə bəzi icra başçılarının korrupsiya və sui-istifadə hallarına görə işdən çıxarılması və həbs olunması, sistemin struktur problemi olduğunu göstərir, yəni problem fərdi başçılarda deyil, sistemin özündədir.
Yol verdiyi hüquq pozuntuları və iqtisadi problemlər səbəbindən çoxsaylı icra başçısının qovulmasına baxmayaraq hələ də aktualdır. Bu, həmin strukturların şəffaflıq və hesabatlılıq mexanizmlərinin zəif olduğunu göstərir”.
Natiq Cəfərlinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda Prezidentin şəxsi nümayəndəlik institutu özünü daha effektiv və səmərəli göstərib. Bu, göstərir ki, mərkəzləşdirilmiş, şəffaf və hesabatlı idarəetmə mexanizmləri yerli problemlərin həllində daha təsirli ola bilər:
“Ölkədə geniş konstitusional islahatlar aparılmalı, yerli icra hakimiyyətləri ləğv edilməlidir. Yerli özünüidarəetmə strukturlarının səlahiyyətləri artırılmalı, onlar vətəndaşlara daha yaxın və operativ xidmət göstərə bilməlidir. Belə bir islahat demokratik idarəetməni gücləndirəcək və vətəndaş məmnuniyyətini artıracaq. Hazırkı icra hakimiyyəti strukturu reformaya tabe deyil və sistemli dəyişiklik tələb edir. Müasir idarəetmə modeli mərkəzləşdirilmiş, şəffaf və vətəndaş yönümlü olmalıdır; bunun üçün icra hakimiyyətləri əvəzinə səlahiyyətli yerli özünüidarəetmə strukturlarına keçid vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm