
ABŞ-Ermənistan xartiyası Amerikanın regiona yerləşməsi üçün... -ANALİZ
Yusif Nəzərli
14:25 20.01.2025
Aktual
455
Bayden administrasiyasının riyakarlığı ABŞ-nin Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi
Ötən həftə ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Məqsəd Ermənistanı Rusiyanın orbitindən çıxarmaq və Cənubi Qafqazda möhkəmlənməkdir.
Ermənistan və Amerika Birləşmiş Ştatları arasında imzalanan ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, strateji tərəfdaşlıq haqqında xartiya beynəlxalq və regional problemlərin həllinə yönəlmiş əməkdaşlığın yeni mərhələsini ehtiva edir.
Qeyd edək ki, bu saziş həmçinim Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir.
ABŞ ilə Ermənistan arasında saziş imzalanması, yenə də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi A.Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürüdür.
Artıq bir neçə günə öz postunu tərk edəcək A.Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqdan, iqtidara gəlmiş D.Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir.
ABŞ və Ermənistan arasında imzalanan xartiya Bayden administrasiyasının xarici siyasət mirasını Tramp dövrünə də keçirmək, o dövrdə də həmin siyasəti təyin etmək istəyidir.
Bayden administasiyasının məqsədi yarımçıq, yalançı, üzdən səthi, altdan laxlayan olsa da Ermənistanla Azərbaycan arasında formal sülhə nail olmaqla adlarını tarixə həkk etmək idi ki, bu həmlələrin hər birini görürdük.
Tramp ümumiyyətlə, Ermənistan siyasətinə ciddi şəkildə yanaşmayacaq və konkret olaraq İrəvan arxa planda saxlanılacaq. Trampın bu sənəddən irəli gələcək məsələləri icra edəcəyi real görünmür.
Politoloq Yeganə Hacıyeva isə "Sherg.az"a açıqlamasında deyib ki, Bayden administrasiyasının riyakarlığı ABŞ-nin Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi. Xüsusən də Gürcüstanı qarışdırmaq, onu hərbi əməliyyatlar üçün plasdarma çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planları iflasa uğradı. Nə zamansa Ermənistanla da eyni ssenari təkrarlanacaq.
Y. Hacıyevanın sözlərinə görə, ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişi Amerikanın regiona yerləşməsi üçün bir növ baza rolunu oynayır:

"Əvvəla onu da deyim ki, bu sənəd deyildiyi kimi o qədər də tələsik hazırlanmış bir sənəd deyil. ABŞ ilə Ermənistan arasında strateji sazişin detalları hələ 2024-cü ilin iyun ayında razılaşdırılmışdı.
Bəzi ekspertlər sənədin mahiyyətini həddindən artık qabardır. Hansı ki bu sadəcə tərəfdaşlıq sazişi kimi qəbul edilməlidir.
Bu saziş ABŞ ilə Ermənistan arasındakı strateji tərəfdaşlıq dialoqunun yekun mərhələsi kimi Vaşinqtonun xarici siyasətində tərəfdaş ölkələrə tətbiq etdiyi adi praktikadır.
Yəni Ermənistanla imzalanan strateji tərəfdaşlıq sazişi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya münasibətləri kimi strateji müttəfiqlik anlamına gəlmir.
Sənəd heç bir halda Ermənistanın dövlət təhlükəsizliyinə zəmanət vermir.
Ermənistan silahlı qüvvələrinin üçüncü bir dövlətə qarşı hücumu zamanı onu silah tədarükü və digər hərbi yardımla bağlı məsələləri özündə ehtiva etmir.
Qeyd etdiyim kimi bu saziş ABŞ-ın hərbi qruplarının Ermənistan ərazisində müxtəlif adlar altında yerləşdirilməsi üçün hüquqi əsas verir. Yəni hazırda müxtəlif adlar altında Ermənistana yerləşdirilən ABŞ hərbçilərinin hüquqi statusunu müəyyənləşdirmək üçün imzalanıb.
Eyni xarakterli saziş 2009-cu ildə Gürcüstanla ABŞ arasında da imzalanıb.
Bu gün Gürcüstanla ABŞ arasında münasibətlər göz önündədir.
Hətta 26 oktyabr seçkilərindən sonra "gürcü arzusu" partiyasının qələbəsini həzm edə bilməyən Bayden administrasiyası həmin sazişdən imtina etdiyini elan edib".
Politoloq qeyd edib ki, sazişin bizim üçün maraqlı tərəfi ABŞ və Ermənistan arasında nüvə sənayesi sahəsində əməkdaşlığı dərinləşməsini nəzərdə tutulmasıdır:
"ABŞ ermənistanın enerji dayanıqlığının dəstəklənməsi üçün ölkə ərazisində kiçik atom elektrik stansiyalarını yerləşməsini nəzərdən keçirir. Regionda, xüsusən də Ermənistan ərazisində belə bir layihənin dəstəklənməsi bizim maraqlarımıza uyğun deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol