Ağdam sakini: "Cənab Prezident, Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz"


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır.

Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Sherg.az Prezidentin saytına istinadla Ağdam rayonunun Çəmənli kəndindən Röyal Quliyevin dövlətimizin başçısına ünvanladığı məktubu təqdim edir.

“Çox hörmətli cənab Prezident, mənim 28 yaşım var. Bu müraciəti cəbhə bölgəsi olan Ağdam rayonunun Çəmənli kəndindən böyük qürur hissi ilə yazıram. Yürütdüyünüz uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı və xalqın rifahı gündən-günə yaxşılaşır. Bütün bu işləri eyni vaxtda görmək əsl qəhramanlıqdır. Bu səbəbdən Sizi yorulmaz lider hesab edirəm. İnanıram ki, bu qüvvəti, gücü Sizə xalqın sonsuz inamı və sevgisi verir. Cənab Prezident, ölkəmizin inkişafı naminə misilsiz fəaliyyətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli ancaq Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkündür. Sizin dünya azərbaycanlıları üçün gördüyünüz möhtəşəm işlər bütün xalqımız tərəfindən alqışlanaraq heyranlıqla izlənilir. Pandemiya ilə əlaqədar dünya ölkələrinin həyata keçirə bilmədikləri tədbirləri Siz vaxtında, çevik, ardıcıl və uğurlu şəkildə reallaşdıraraq xalqımızı bu bəladan xilas edəcəyinizə inanırıq. Tapşırıqlarınıza və sərəncamlarınıza əsasən vətəndaşlarımıza göstərilən maddi və mənəvi yardımlar ürəkaçandır. Möhtərəm Prezident, Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz. Ağdamlılar hər zaman Sizinlədirlər. Allah Sizi xəta və bəladan qorusun!”.