Ağdamın Şahbulaq kəndində yerləşən Şahbulaq qalasının bərpası üçün 3,5 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi "M-TND" MMC ilə bir mənbədən müqavilə imzalayıb.
Qalanın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması üçün şirkətə 3 milyon 530 min 196,47 manat ödəniş edilib. İşlərin dekabrda yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, "M-TND" MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Nazim Kəlbiyevdir.