Akif Aşırlı: “Heç kəs toxunulmazlıq statusuna sahib deyil”

 “Dövlətçilik əxlaqına, qanunlarına söykənərək verilən qərarlar cəmiyyətin bütün kəsimlərində təqdir olunur

"Hec kəs dövlətin qanunlarından, qərarlarından üstün mövqeyə sahib ola bilməz. "Həmişə şah qanun deyil , qanun şahdır " demişik və bu ali prinsiplər uğrunda da mübarizə aparmışıq. Son qətiyyətli qərarlar onu göstərdi ki, heç kəs keçmişdə dövlət üçün gördüyü işə görə , toxunulmazlıq statusuna sahib deyil. Dövlətçilik əxlaqına, qanunlarına söykənərək verilən qərarlar cəmiyyətin bütün kəsimlərində təqdir olunur."

Bu sözləri karantin rejimində nəvəsinə toy edən akademik Ramiz Mehdiyevin ətrafında baş verənləri Moderator.az-a şərh edən "Şərq " qəzetinin baş redaktoru Akif Aşırlı deyib:

"Qanun hamı ücün eynidir. Qanunlardan danışanların hamısı gərək birinci növbədə özləri qanunlara əməl etsin. Mənəmlik dövrü deyil, dövlət təsisatları gərəyini edir, görünən də odur ki, qanuna söykənərək nə lazımdırsa o da ediləcək".

A.Aşırlı bildirib ki, toya dəvət olunanlar da gərək dünyanı başına alan bu qara təhlükənin Azərbaycanda yayılmaması ücün imtina qərarı verərdilər. Amma bu baş verməyib. Ona görə də cərimələr də, müvəqqəti həbs qərarları da obyektiv dəyərləndirilməlidir.