
Analitik: İranın etirazlarının əhəmiyyəti yoxdur
Yusif Nəzərli
07:15 19.08.2025
Aktual
466
Ermənistan Zəngəzur dəhlizinin işləməsi, mühafizəsi ilə bağlı ikili, yaxud üçlü, dördlü konsorsium yarada bilər
"Xarici ölkələrin müdaxiləsi Cənubi Qafqazda davamlı təhlükəsizliyə töhfə vermir". Bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref deyib. Onun sözlərinə görə, İran regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayıb və ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı sarsılmaz mövqeyini bəyan etməklə yanaşı, xarici dövlətlərin regionun işlərinə müdaxiləsinin davamlı təhlükəsizliyə töhfə verməyəcəyinə inanır. İranın xarici işlər naziri Abbas Araqçı da deyib ki, Ermənistan İranı inandıra bilib ki, "Tramp marşrutu" ilə bağlı Tehranın bütün "qırmızı xətləri"nə əməl olunub. Nazirin sözlərinə görə, məsələnin miqyası hələ tam aydın olmasa da, Ermənistan tərəfi suallara ətraflı cavab verməyə çalışıb. Araqçı qeyd edib ki, İran regionda geosiyasi dəyişikliklərdən ehtiyat edirdi, lakin bu, baş verməyib: "Əlbəttə, gələcək proseslər də narahatlıq doğurur, lakin İranın yaxınlığında heç bir ABŞ hərbi qüvvəsi yerləşdirilməyəcək".
İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığını Sherg.az-a təhlil edən Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu deyib ki, İran mövcud geosiyasi reallıqlar çərçivəsində öz demoqrafiyasına, bölgənin güc balansına, Türkiyə-Azərbaycan başda olmaqla türk dünyasının yüksələn mövqeyinə uyğunlaşan bir siyasət izləmək məcburiyyətindədir. Alim vurğulayıb ki, əgər İran hazırkı geosiyasi dalandan xilas olmaq istəyirsə, Zəngəzur dəhlizi də buna daxildir:

"İranın narahatlığı yersizdir. Əslində, bu narahatlıq və yanlış siyasət xarici dairələrin bölgəyə gəlişinə "yaşıl işıq" yandıran, şərait yaradan bir yanaşmadır. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Türkiyə ilə birlikdə "3+3" formatını ortaya atdı. Bildirdik ki, region ölkələri ilə kommunkasiyaların açılması, əməkdaşlıq mühitinin yaradılması istiqamətində birlikdə çalışaq. Bundan hər kəs faydalansın. Zəngəzur dəhlizinin açılmasından İran da faydalanacaq. Amma İran bu məsələni mənasız yerə özünün "qırmızı xətti" elan edərək konstruktiv siyasət izləmədi. İndi isə başqa mövqe sərgiləyir. Digər yandan, ABŞ ilə nüvə danışıqlarının bərpası müzakirə olunur. Prezident M.Pezeşkian da dedi ki, əgər ABŞ ilə danışıqlara getməsələr, onları daha pis aqibət gözləyir. Belə vəziyyətdə İranın Zəngəzur dəhlizinə də israrla qarşı çıxması, reallıqları qəbul etməməsi normal yanaşma deyil".
T.Nüsrətoğlu əlavə edib ki, Ermənistanın suveren hüququ var ki, istədiyi ölkə ilə razılaşma əldə edə, konsorsium yarada bilər:
"O ki qaldı bölgəyə hansısa xarici ölkənin silahlı qüvvələrinin gəlişinə, buna Azərbaycan özü də ilk gündən etirazını bildirir, mövqeyini ortaya qoyur. Paraflanmış sülh sazişinin müvafiq maddəsində də konkret əks olunub ki, Azərbaycan-Ermənistan sərhədləri boyunca üçüncü dövlətlərin ordusuna, hərbçilərinə yer yoxdur. Amma Ermənistan Zəngəzur dəhlizinin işləməsi, mühafizəsi ilə bağlı ikili, yaxud üçlü, dördlü konsorsium yarada bilər. İran buna etiraz etməklə nəyəsə nail ola bilməyəcək. Yeganə çıxış yolu məsələni qəbul etməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm