
Analitik: İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb
Yusif Nəzərli
07:42 15.01.2025
Aktual
736
Ermənistan hökuməti mövcud ana qanuna dəyişiklik prosesini bu ildən etibarən sürətləndirəcək
Ermənistan Konstitutsiyasında dəyişiklik edəcək. Konstitusiyaya düzəlişlər prosesindən danışan
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlament seçkilərinə qədər yeni mətnin hazır olacağını deyib: “Bizim vəzifəmiz seçkilərə qədər yeni konstitusiyanın mətninə sahib olmaqdır. İşimizi bu istiqamətə yönəltməliyik”.
Qalyan konstitusiyaya dəyişikliyin Azərbaycanın tələbləri çərçivəsində edilmədiyini iddia edib:“Konstitusiyanın yeni mətni ilə digər ölkələrin bəyanatları arasında birbaşa və ya dolayı əlaqə yoxdur”. Erməni nazir qeyd edib ki, yeni konstitusiya məsələsi 2018-ci ildən müzakirə olunur: “Mən yeni nazir kimi hesab edirəm ki, son nəticədə yeni konstitusiya layihəsini hazırlamaq vəzifəsi və məsuliyyətini öz üzərimə götürməliyəm, bəyənmək və ya rədd etmək qərarı xalqındır, çünki yeni konstitusiya yalnız referendum yolu ilə qəbul edilə bilər”.
Bununla belə, o, yeni konstitusiyada Ermənistanın “Müstəqillik Bəyannaməsi”nə istinadın qalıb-qalmayacağı ilə bağlı danışmaqdan imtina edib.
Xatırladaq ki, Azərbaycan sülh prosesi çərçivəsində Ermənistandan konstitusiyaya dəyişiklik tələb edib. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının bu ölkənin konstitusiyasından çıxarılmasından gedir. Həmin iddia Ermənistan konstitusiyasında istinad edilən “Müstəqillik Bəyannaməsi”ndə yer alıb.Siyasi şərhçi Sona Əliyeva "Sherg.az"a açıqlamasında deyib ki, 2022-ci ilin yayında Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiya dəyişikliyinə gedəcəyini söyləmişdi:

"Görünür, Bakının İrəvan qarşısındakı sülh şərtlərinin dəyişməyəcəyini anlayan Ermənistan hökuməti mövcud ana qanuna dəyişiklik prosesini bu ildən etibarən sürətləndirəcək. Referendumdan sonra Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə Ermənistanın iddialarının üzərindən xətt çəkilə bilər. Amma ilk növbədə Nikol hakimiyyəti erməni cəmiyyətini, xüsusən elitanı buna inandırmalıdır. Əslində, xalq çoxdan razıdır, çünki sadə ermənilər müharibədən beziblər".
Ötən il 70 mindən çox insanın Ermənistanı tərk etdiyini xatırladan S.Əliyeva bildirib ki, hamısı da işsizlik və yeni müharibə qorxusu səbəbindən Ermənistandan gedib: "Əgər sülh sazişi imzalansa, müharibə də olmayacaq, üstəlik, ermənilər Türkiyədə və Azərbaycanda özlərinə yaxşı iş yeri tapa biləcəklər. Hələlik erməni rəsmilər konstitusiyada konkret hansı maddələrin dəyişdirilməsi ilə bağlı konkret danışmaqdan çəkinir. Bunun iki səbəbi var. Birincisi, Paşinyan erməni cəmiyyətini inandırmalıdır ki, “Müstəqillik Bəyannaməsi"ndən tamamilə yox, müəyyən maddələrdən imtina ediləcək”. İkincisi, Ermənistanda Paşinyana rəqib olan siyasətçilər tamamilə neytrallaşdırılmalıdır. Bunlar rusların işğalçı ölkədəki “beşinci kolon”u və keçmiş “Qarabağ klanı”nın “son nəsli” olan radikallardır. Görünür, bu ilin yayından başlayaraq Nikol Paşinyan Ermənistanda yeni həbslərə başlayacaq. Yəqin ki, bütün mümkün rəqibləri neytrallaşdırdıqdan sonra əngəl qalmayacaq və propoqandaya güc verərək konstitusiya islahatlarına gedəcək. Əgər bu baş verməzsə, o zaman Bakının səbr kasası daşa bilər. Bu da Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxarar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm