Analitik: Paşinyanın "oxuma cihazları" Bakının tələbinə uyğun gəlir
Yusif Nəzərli
04:51 12.09.2025
Aktual
853
Naxçıvana gedəcək azərbaycanlılar erməni sərhədçilərin simasını görməyəcək
Naxçıvana gedəcək azərbaycanlıların erməni sərhədçiləri, yaxud gömrükçüləri ilə təmas qurmaması Azərbaycanın əsas tələblərindən olub. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil, burada heç bir fiziki təmas olmalı deyil. Təmasın olmaması baxımından Paşinyanın "oxuma cihazları" Bakının tələbinə uyğun gəlir. Hərçənd, Azərbaycan "Naxçıvana maneəsiz keçid" dedikdə hansısa təmasın olmamasını nəzərdə tutur, yoxsa ümumiyyətlə, hər hansı yoxlamanın olmamasını, bunun detalları hələ açıqlanmayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı azərbaycanlıların Zəngəzur dəhlizindən necə keçəcəkləri ilə bağlı sualı cavablandırıb. Paşinyan deyib ki, bunun üçün sərhəddə pasportların oxunması üçün xüsusi cihazlardan istifadə edəcəklər. Nəticədə insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər. Baş nazir qeyd edib ki, dünyanın bir çox ölkələrində biometrik pasportlar və rəqəmsal texnologiyalar vasitəsilə gömrük və sərhəd prosedurları təkmilləşdirilir. Onun sözlərinə görə, biometrik pasportlardan istifadə zamanı tamamilə yeni prosedurlar tətbiq olunur: "Belə demək mümkünsə, "insana toxunmağı" tələb edən üsullar keçmişdə qalacaq. Bu nəzarət formaları yalnız illər ərzində yox olacaq - Ermənistan və Azərbaycan sərhədində, həm də bütün keçid məntəqələrimizdə".
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a açıqlamasında deyib ki, Naxçıvana maneəsiz keçidin praktiki olaraq hansı prinsiplərə əsaslanacağı hələlik bəlli deyil. Ekspertə görə, Paşinyanın bu açıqlaması "dəhlizin verilməsi Ermənistanın suverenliyinin pozulmasıdır" ittihamlarına qarşı özünümüdafiə xarakteri daşıyır:
"Naxçıvana gedəcək azərbaycanlıların erməni sərhədçiləri, yaxud gömrükçüləri ilə təmas qurmaması Azərbaycanın əsas tələblərindən olub. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil, burada heç bir fiziki təmas olmalı deyil. Təmasın olmaması baxımından Paşinyanın "oxuma cihazları" Bakının tələbinə uyğun gəlir. Hərçənd, Azərbaycan "Naxçıvana maneəsiz keçid" dedikdə hansısa təmasın olmamasını nəzərdə tutur, yoxsa ümumiyyətlə, hər hansı yoxlamanın olmamasını, bunun detalları hələ açıqlanmayıb. İstisna deyil ki, Vaşinqton razılaşmasının reallaşmasına maneələrin yaranmaması və Ermənistanın daxili ictimai rəyində Paşinyana qarşı istifadə edilməməsi üçün Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət