
Analitik: Rusiya da Minsk Qrupunu ləğvində Azərbaycanla həmfikirdir
Yusif Nəzərli
13:00 31.01.2025
Aktual
523
ATƏT-in bir çox qrumları kimi Minsk Qrupu da çox yararsız idi və fəaliyyəti dövründə yalnız neqativ çalarlarla xarakterizə olunub
ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Minsk qrupu fəaliyyətini məhz fransalı və amerikalı həmsədrlərin günahı ucbatından bitirib. Rusiya XİN sözçüsü qeyd edib ki, fəaliyyətdə olan mandatlarına baxmayaraq, onlar heç bir məsləhətləşmə, kommunikasiya olmadan rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar heç ATƏT çərçivəsində məsləhətləşmələr aparmayıblar, sadəcə rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar əvvəlcədən təyin olunmuş tədbirləri ləğv ediblər. İndiyə kimi də bunun səbəblərini səsləndirməyiblər.
Xatırladım ki, 2022-ci ilin oktyabrın 6-da Praqada Azərbaycan prezidenti, Ermənistan baş naziri, Fransa prezidenti və Avropa Şurasının sədrinin birgə bəyanatı qəbul olunub. Bütün bunlar ona gətirib çıxarıb ki, Minsk qrupu öz fəaliyyət predmetini itirib. Deməli, Minsk Qrupu ilə birlikdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsinin ləğv olunması məntiqlidir. Belə təxirəsalınmaz tədbir Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına yardım etmək məqsədi daşıyır. Mənə elə gəlir ki, elə bu mövqedən çıxış etmək lazımdır.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, ATƏT-in Minsk Qrupu fəaliyyətini həqiqətən də çoxdan dayandırıb:

“ATƏT-in Minsk Qrupu fəaliyyətdə olduğu illər ərzində beynəlxalq hüququn təmin olumasına heç bir töhfə verməyib. Eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında ATƏT-in Minsk Qrupunun hansısa fəaliyyət ilə yadda qaldığını görməmişik. Ona görə də onsuz da üç ildir fəaliyyətini dayandıran ATƏT-in Minsk Qrupunun tamamilə ləğv edilməsi üçün müraciət olunmalıdır. Azərbaycan Ermənistana dəfələrlə müraciət ünvanlayıb ki, münasibətlərin normallaşması üçün ATƏT-in Minsk Qrupunun ləğviylə bağlı rəsmi Bakının mövqeyini rəsmi İrəvan dəstəkləməlidir və bununla bağlı müraciət etməlidir. Belə bir məqamda ATƏT-in üç həmsədrindən biri olaraq Rusiyanın mövqeyi də vacibdir. Rusiya Azərbaycanın ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı fikirlərində eyni mövqeləri bölüşüb. Əgər Ermənistan Azərbaycanla əlaqələrin yaxşılaşmasını istəyirsə, heç nəyə xidmət göstərməyən Minsk Qrupu ilə birlikdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsinin ləğv olunması ilə bağlı ATƏT-ə müraciət ünvanlamalıdır. ATƏT-in bir çox qrumları kimi Minsk Qrupu da çox yararsız idi və fəaliyyəti dövründə yalnız neqativ çalarlarla xarakterizə olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi