Türkiyə və Rusiya hazırda elə bir imkana malikdir ki, münaqişəni istəsələr ya hərbi, ya da dinc yolla və daha tez həll edə bilərlər. Ən azından Türkiyənin bu istiqamətdə ciddi iradəsinin olduğunu görürük. Münaqişənin həlli ilə bağlı Rusiyanın iradəsi isə nisbidir.
Ankara qətiyyətli mövqe sərgiləyir
Turan
08:04 14.10.2020
Aktual
1027
Artıq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərə töhfə verəcək vasitəçi tərəf kimi çıxış edir
"Üç həmsədr ölkənin söz sahibi olması beynəlxalq hüquqa və prosesin özünə xəyanətdir. Rəsmi Bakı bunu qəbul etmir və Minsk Qrupunun bütün üzvlərinin fəallaşmasını arzulayır"
Prezidentin köməkçisi Hikmət Hacıyev son birifinqdə jurnalistlərin “Türkiyə danışıqlar masasına oturacaqmı” sualına “Türkiyə Minsk Qrupunun üzvüdür və artıq masadadır” cavabını verib. H.Hacıyev qeyd edib ki, istənilən halda, Türkiyə və Rusiya formatında məsələyə baxılması daha etibarlı ola bilər. Ekspertlərin fikrincə, həm Türkiyənin, həm də Rusiyanın Minsk Qrupunun üzvü olması fərqli format yarada bilər. Amma bunu Minsk Qrupunda daha çox sülhə töhfə vermək imkanı və niyyəti olan regional güclərin iştirakı kimi xarakterizə etmək olar.
Türkiyə və Rusiya hazırda elə bir imkana malikdir ki, münaqişəni istəsələr ya hərbi, ya da dinc yolla və daha tez həll edə bilərlər. Ən azından Türkiyənin bu istiqamətdə ciddi iradəsinin olduğunu görürük. Münaqişənin həlli ilə bağlı Rusiyanın iradəsi isə nisbidir.
Çünki Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüququn əsas prinspilərinin tam yerinə yetirilməsinin vacib olduğunu hələ vurğulamayıb. Sadəcə olaraq, atəşkəsin pozulmasından narahat olduğunu ifadə edib.
O baxımdan hesab edilir ki, münaqişənin Minsk qrupundan tamamilə kənar, Türkiyə-Rusiya və Azərbaycan-Ermənistan formatında müzakirə aparılması daha faydalı ola bilər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə telekanalına müsahibəsində bu məsələyə diqqət çəkərək, Türkiyənin bundan sonrakı proseslərdə iştirakını mütləq sayıb.
Məsələni “Şərq”ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, praktiki olaraq Türkiyə Cənubi Qafqazdakı proseslərdə təsirli ölkədir. Ekspertin sözlərinə görə, Ermənistanın iyul provakasiyasından sonra Türkiyənin hərbi-siyasi rəhbərliyi bütün imkanları ilə Azərbaycanın yanında olduqlarını vurğuladı:
“Türkiyə rəhbərliyi açıq şəkildə və dəfələrlə bəyan etdi ki, hansısa bir gücün Azərbaycan ərazisinə təcavüzünə imkan verməyəcək. Əvvəllər Türkiyə ümumi ifadələrlə kifayətlənirdisə, iyul hadisələrindən sonra kəskin və qətiyyətli mövqe sərgilədi. Artıq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərə töhfə verəcək vasitəçi tərəf kimi çıxış edir.
Ermənilərin sentyabrın 27-də reallaşdırdığı təxribatdan sonra isə qardaş ölkə əməli hərəkətə keçdi. Hazırda həm ölkə daxilində, həm də xaricdə çoxsaylı insan etiraf edir ki, əgər Türkiyə proseslərdə fəal mövqe ortaya qoymasaydı, cəbhə xəttində ermənilərdən savayı, başqa dövlətlərin də təxribatına məruz qala bilərdik. Türkiyənin regiondakı rolu, gücü və iradəsi beynəlxalq aləm tərəfindən də qəbul olunur.
Azərbaycan tərəfi isə konkret bəyan edir ki, rəsmi Bakı Minsk Qrupu formatına sadiq qalsa da, həmsədrlərin monopoliyasına qarşıdır. Bizim hansısa formata etirazımız yoxdur, amma əsas odur ki, format yekun həllə hesablansın və heç bir dövlətin monopoliyasında olmasın”.
A.Aslanlı vurğulayıb ki, Minsk prosesi başlayanda həmsədrlik deyə bir şey yox idi və konfransa dəvət olunmuş dövlətlər var idi:
“Azərbaycanın istəyi odur ki, Minsk Qrupunun bütün üzvləri fəal surətdə prosesə qoşulsun. Sadəcə, üç həmsədr ölkənin söz sahibi olması beynəlxalq hüquqa və prosesin özünə xəyanətdir. Rəsmi Bakı bunu qəbul etmir və Minsk Qrupunun bütün üzvlərinin fəallaşmasını arzulayır. Hazırda üzvlər arasında münaqişənin çözülməsinin ən istəkli tərəfdarı Türkiyədir. Biz Türkiyənin bölgədə söz sahibi ədalətli bir ölkə kimi prosesdə fəal iştirakının tərəfdarıyıq. Kimsənin buna qarşı çıxması beynəlxalq hüquqa və regionun reallıqlarına uyğun deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm