Arzuladığımız türk birliyi qurulur
Turan
06:27 19.02.2021
Aktual
2587
Qarabağda yazılan dastan Mərkəzi Asiya ölkələrinə yayılıb
"Son günlər Türkmənistan, Qırğızıstan və Özbəkistan bizimlə hərbi əlaqələri inkişaf etdirməkdə maraqlı görünür"
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Tərəflərin görüşündə ölkələrimiz arasındakı ikitərəfli hərbi əməkdaşlıq münasibətləri müzakirə olunub. Nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi müdafiə sahəsində əlaqələr hər iki ölkənin maraqlarına uyğun inkişaf edir. General Zakir Həsənov səfirə ordu quruculuğu sahəsində keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verib.
Səfir də öz növbəsində Özbəkistanın Azərbaycanla birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu qeyd edib. Vurğulayıb ki, Özbəkistan hərbi qulluqçularının Azərbaycanın hərbi təhsil müəssisələrində təcrübə mübadiləsi aparması olduqca vacibdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsindən və qardaş Türkiyə ilə birgə faəliyyətdən sonra bir sıra ölkələr, xüsusən Orta Asiyanın türk respublikaları Azərbaycan və Türkiyə əməkdaşlığa daha çox maraq göstərirlər.
Türk ölkələri arasında hərbi əməkdaşlığı genişləndirməyin zəruri olduğunu düşünən politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında vurğulayıb ki, təbii olaraq hər kəs güclü tərəflə yaxınlıq etmək istəyir. Analitikin sözlərinə görə, qardaş belə özündən qüdrətli qardaşın yanında dayanmağa ehtiyac duyur:
“Son günlər Türkmənistan, Qırğızıstan və Özbəkistan bizimlə daha sıx əməkdaşlıqda, hərbi əlaqələri inkişaf etdirməkdə maraqlı görünür. Türkiyənin güclənməsindən, dünya siyasətində söz sahibi olmasından və eyni zamanda Azərbaycanın Qarabağda dastan yazmasından sonra Mərkəzi Asiyanın türk ölkələri rəsmi Bakı və Ankara ilə əlaqələri sıxlaşdırdı. Ölkələr arasında rəsmi gediş-gəlişlər çoxaldı. Mərkəzi Asiyanın türk dövlətləri ilə hərbi əlaqələrin inkişafı çox vacibdir. Xüsusən, Özbəkistan Mərkəzi Asiyada ən güclü orduya malik ölkədir. İki ölkənin hərbi sahədə ortaq fəaliyyəti, təcrübə mübadiləsi bütün türk dünyası üçün faydalıdır”.
Ə.Məmmədli qeyd edib ki, türk ölkələri arasında baryerlər tədricən aradan qalxır:
“Türk dövlətləri bir-birinə hər sahədə yaxın olmalıdır. Turan ideyasından danışanda çoxlarına mifik görünür. Turan türk respublikalarının öz suverenliyindən vaz keçib vahid dövlət olması demək deyil. Turan bütün türk ölkələrinin sərhədsiz birliyidir və vahid güc deməkdir. Hələlik bu istiqamətdə kiçik addımlar atılır. Qətiyyətli mövqe sərgiləməyə davam edərsək, arzuladığımız türk birliyini qura bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi