
AŞPA "Avropa bütün dünyadan üstündür" xülyasından çıxmalıdır -Analitik
Yusif Nəzərli
13:26 31.01.2025
Aktual
498
Qurum ani bir qərəzdə belə təmkinli olaraq obyekt yanaşma ortaya qoymaqdansa, birbaşa qarşı tərəfi "lənətləməyə" başlayır
"AŞPA-nın Gürcüstana qarşı sərgilədiyi mövqe ənənəvi "Avropa Şurasından başqası yalandır" kimi özünü bəyənmişlik sindromundan başqa bir şey deyil. Digər Avropa rəsmiləri və qurumları kimi AŞPA da dünyanı tək Avropadan ibarət görür".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı söyləyib.
Onun sözlərinə görə, sözügedən qurum hər şeyin onun diqtə etdiyi formada təzahür etməli olduğunu düşünür:

"AŞPA-nın istər Azərbaycan, istərsə də Gürcüstan siyasətində sadəcə bir məqsəd var: "Hər şeyi biz idarə edək, bizim istədiyimiz kimi olsun". Lakin AŞPA da haqlı mövqeləri və mövcud reallıqları da görməlidir. Həmçinin başa düşməlidir ki, onun Azərbaycan və Gürcüstana yanaşması Avropanın milli maraqlarından ibarət olmamalıdır və tərəfsizlik, birgə işləmə mexanizmləri formasında baş tutmalıdır. Sözügedən qurum problemi olduğu dövlətlərə qarşı sanksiyalar tətbiq edir, onu nüfuzdan salma istiqamətində addımlar və s. Qurum ani bir qərəzdə belə təmkinli olaraq obyekt yanaşma ortaya qoymaqdansa, birbaşa qarşı tərəfi "lənətləməyə" başlayır. Bu isə günümüzün qlobal problemləri çərçivəsində heç də doğru deyil. Bütün bunlarla yanaşı, zaman-zaman AŞ-nin imicini və onunla tərəfdaş olmaq istəyən ölkələrin sayını aşağı sala bilər. Dünyanın hazırkı geosiyasi vəziyyətinə baxsaq, təkcə AŞPA-nın yox, digər beynəlxalq təşkilatların da təsir gücünün və imicinin tamamilə itəcəyini gözləyə bilərik. Hətta bir sıra təşkilatlar sıradan çıxacaq və əvvəlkilər qədər ciddi mövqeyə malik olmasa da, yeniləri yaranacaq. Məhz, BMT-nin varlığının geniş siyasi islahatlar həyata keçirilməsi ilə mümükün olacağından danışırıqsa, AŞPA o qədər də böyük qurum deyil".
Şərhçi əlavə edib ki, AŞPA böhrandan çıxmaq üçün "Avropa bütün dünyadan üstündür" xülyasından çıxmalıdır:
"Rusiya, Çin və Türkiyənin Qərbin hegemoniyasına qarşı göstərdiyi dirəniklər müvəffəqiyyətlə başa çatarsa, AŞPA-da ciddi say azalması görə bilərik. Yəni Rusiya Şərqi Avropada işğal siyasətini legitimləşdirərsə, Çin Tayvan və digər məsələlər üzərində Qərbə qalib gələrsə, Türkiyə Yaxın Şərq, Cənubi Qafqaz, ümumiyyətlə ümumtürk coğrafiyasında maraqlarını həyata keçirərsə, bunun şahidi olacağıq. Çünki qurumun tərkibindəki dövlətlərin çoxu yeni reallıqlarla hərəkət edəcəklər. Öz maraqlarını artıq Avropanın mərkəzində görməyəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm