Azər Həsrət: Qırğızıstanın ilk işi Calalabadın adını dəyişmək olmamalıydı
Yusif Nəzərli
10:30 21.09.2025
Aktual
568
Bir türk böyüyünü şərəfləndirərkən digəri silinir
Azər Həsrət deyir ki, bu, milli kimliyin möhkəmlənməsi deyil
Qırğızıstan Prezidenti Sadır Japarov “Cəlalabad şəhərinin adının Manas adlandırılması haqqında” qanunu imzalayıb. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qanun parlament tərəfindən 2025-ci il sentyabrın 10-da qəbul edilib. Bildirilib ki, qanunun məqsədi milli ideologiyanın gücləndirilməsi və Cəlalabad şəhərinə qırğız xalqının milli qəhrəmanı və yadelli işğallardan müdafiəçisi, böyük Manasın adının verilməsidir. Sənəd rəsmi dərc edildiyi gündən on gün sonra qüvvəyə minir. Qeyd edək ki, Cəlalabadın rəsmi yaranma tarixi 1877-ci ilin oktyabrıdır. Şəhərin sahəsi 64,6 kvadratkilometrdir və 184 mindən çox insan yaşayır.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirdi ki, qırğız hökuməti bu ad dəyişikliyini milli-mənəvi dəyərlərə sahiblənmək, qırğız mirasını daha yaxşı tanıtmaqla əlaqələndirir. İstəyirlər xalq qəhrəmanı Manasın adı tez-tez səslənsin, eşidilsin, qırğızlar üçün milli motivasiya olsun. Amma:
- Məsələyə tarixi və siyasi tərəfdən baxanda bu dəyişiklik qonşu dövlət Özbəkistanda narazılıq yarada bilər. Məlumdur ki, Calalabad (Cəlalabad adı düzgün deyil) Fərqanə vadisində yerləşir və Xarəzmşahların sonuncu nümayəndəsi Cəlaləddin Mengburnunun şərəfinə adlandırılıb. Tarixi şəxsiyyətdir. XIII əsrdə yaşayıb. O bölgədə də özbəklər kompakt yaşayır. Ümumiyyətlə, tarixən Fərqanə vadisində özbəklər başqa xalqlarla birlikdə yaşayıb. Calalabad Özbəkistanla sərhəddə yerləşir. Qanun 10 gün sonra qüvvəyə minəcək və şəhərin adı rəsmən dəyişəcək. Hesab edirəm, Qırğızıstan hökuməti özbək irsinə qısqanc yanaşır. Sərt ifadələr işlətmək istəmirəm, qardaş ölkələr, qardaş millətlərdir. Amma məncə, bu, səhv addımdır. Manasın adı verilə biləcək o qədər şəhər var ki. 200 min kv.km. ərazisi olan bir ölkədir. Manasın adını verəcək bir şəhər tapılmadı? Hətta yeni şəhər də salmaq olardı. Bir şəhərdən təkcə özbək tarixində deyil, ümumtürk dövlətçilik tarixində rolu olmuş bir şəxsin adını götürüb, oranı Manas adlandırmaq yanlışdır. Bunun üzərinə çox gedilməsini də istəmirəm. Əsas odur ki, bunlar hamısı bizim ortaq dəyərlərimizdir. Hər birinə eyni dərəcədə sayğımız var. Qırğızıstan hökuməti bu addımı milli kimliyin möhkəmlənməsi məqsədilə atırsa, bizə təqdir etmək düşər. Bununla belə, hesab edirəm ki, qırğız hökumətinin milli ideologiyanın möhkəmlənməsi istiqamətində ilk işi Calalabadın adının dəyişdirilməsi olmamalıydı. Əsas görüləsi iş Qırğızıstanın latın əlifbasına keçməsidir. Ki, bu da ortaq türk əlifbasına doğru addım olardı. Bu ölkədə soyadların milliləşdirilməsi üçün heç bir iş görülmür. Sovetlərdənqalma adlar, hətta heykəllər də qalmaqdadır, müxtəlif şəhərlərdə. Milliləşməyə Calalabadın adından başlamaq yenə də deyirəm, sanki yerinə düşmür. Yersiz, zamansız, tələsik qərar kimi görünür. Bu məsələdə, əlbəttə, Qırğızıstanın, Özbəkistanın münasibəti əsasdır. Sadəcə bunu deməliyik ki, bir ortaq türk böyüyünü şərəfləndirmək istərkən başqa bir türk böyüyünün adının silinməsinə yol verilməməlidir. Alternativlər çoxdur. Özbəkistan heç vaxt Qırğızıstanın torpağına iddia etməyib. Biz birləşmək, ortaq türk dünyası yolunu tutmuşuq. Bizim üçün Manas kimdirsə, Cəlaləddin də odur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya