
Azərbaycan məcburetmə taktikasına məcbur edilir -ŞƏRH
Yusif Nəzərli
08:30 18.01.2025
Aktual
692
Hazırkı şəraitdə sərhədlərin müəyyən olunması ən çox Ermənistana lazımdır
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyaların 11-ci görüşü keçirilib. Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdiriblər. Dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimaldan cənuba, İranla sərhədə qədər aparılması barədə razılığa gəliblər. Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər. Qeyd edək ki, ötən dövr ərzində işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası həyata keçirilib.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Azərbaycana təcavüzündən günümzədək münasibətlərin yenidən qurulması və sərhədlərin müəyyən edilməsi istiqamətində müxtəlif ssenarilər müşahidə olunsa da, bu illər ərzində yalnız 13 km. uzunluğunda sərhədlər müəyyənləşdirilib. Ekspertin sözlərinə görə, bu, əslində o qədər də müsbət tendensiya sayılmır:

"Demarkasiya və delimitasiya işlərinin aparılmasının ləngidilməsi Ermənistan hakimiyyətinin cəsarətsizliyi səbəbindən baş verir. Ermənistanda və xaricdə yaşayan erməni milliyətçi-faşist qruplaşmalar əllərindən gələni edirlər ki, proses uzansın və revanş üçün zaman qazanılsın. Bunu düşünənlər ya reallıq hissini tamam itiriblər, ya da münaqişənin davam etməsində şəxsi maraqları var. Eyni zamanda Ermənistanı bu dibsiz quyuya sürükləyənlər durmadan onları bizə qarşı silahlandırmaqla məşğuldurlar. Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev bölgədəki güc nisbətini açıqlayarkən Ermənistanın revanş cəhdinin xülya olduğunu dəqiq təhlillərlə bəyan etdi".
V.Əfəndiyev vurğulayıb ki, hazırkı şəraitdə sərhədlərin müəyyən olunması ən çox Ermənistana lazımdır:
"Azərbaycan tərəfi kontaktlara açıqdır. Şübhə yox ki, prosesin arzuolunan səviyyədə davam etməyəcəyi təqdirdə Azərbaycan məcburetmə taktikasına əl atmağa məcbur olacaq. Dünyada baş verən proseslər göz qabağındadır. Yeni sərhədlər çəkilir. Mümkündür ki, yeni dövlətlər yaradılsın. Ona görə də Ermənistan ağlını başına toplayaraq bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini mütləq imzalamalıdır. Dünya xəritəsində yeni dövlətlər yarandığı kimi xəritədən silinən dövlətlər də ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:33 13.11.2026
Dünya
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:21 13.11.2026
Dünya