Azərbaycan vətəndaşlarının İrandan ölkəyə keçidi davam edir - YENİLƏNİB 3

Artıq xarici vətəndaşların keçidi müşahidə olunur.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə təxliyə olunanlardan biri İtaliya vətəndaşıdır.

Qeyd edək ki, saat 00.00-dək ümumilikdə 13 nəfər təxliyə olunub. Təxliyə olunanlardan biri İtaliya vətəndası,12-i isə azərbaycanlıdır.

Onlardan 3-ü uşaqdır.

***

22:15

İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə keçidi davam edir.

APA xəbər verir ki, İranda vəziyyətin gərginləşməsi ilə əlaqədar vətənə qayıdan Azərbaycan vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsindən sərbəst keçidi təmin edilir.

Bunun üçün ərazidə hər cür şərait yaradılıb.

Qeyd edək ki, XİN İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

***

21:58

“Çox sağ olsun dövlətimiz bizi təxliyə etdi. Təbrizdə idim, iş dalınca getmişdim. Yolda hər hansı bir təhlükə ilə qarşılaşmadıq. Amma atəş səsləri gəlirdi”.

APA-nın cənub bürosunun məlumatına görə, bunu İrandan təxliyə edilən Azərbaycan vətəndaşı Rafael Əliyev deyib.

Qeyd edək ki, bu saata kimi İrandan ümumilikdə 7 nəfər təxliyə edilib.

***

21:07

İrandan iki Azərbaycan vətəndaşı təxliyə olunub.

APA-nın cənub bürosunun məlumatına görə, iki nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub.