2025-ci ildə Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sherg.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, gələnlərin 23,9%-i Rusiya Federasiyası, 17,7%-i Türkiyə, 8,1%-i İran, 6,5%-i Hindistan, 4,3%-i Gürcüstan, 4,1%-i Səudiyyə Ərəbistanı, 4%-i Qazaxıstan, 3,5%-i Pakistan, 2,7%-i İsrail, 2,5%-i Çin, 2,4%-i Özbəkistan, 1,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Ukrayna, 1,3%-i Türkmənistan, hər birindən 1% olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67%-ni kişilər, 33-%-ni qadınlar təşkil edib.
2024-cü illə müqayisədə İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan - 1,6 dəfə, İordaniyadan - 49,9%, Çindən - 41,7%, Özbəkistandan - 34,3%, Qırğızıstandan - 33,7%, Niderlanddan - 27,5%, Yaponiyadan - 25,8%, Qazaxıstandan - 20,1%, İtaliyadan - 13,7%, Pakistandan - 12,5%, Almaniyadan - 11,1% artıb.
2024-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7% artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4% azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2% azalaraq 865,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2% artaraq 1169,6 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8%-i hava, 22,9%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.