Bu ilin yanvar ayı ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 136 milyon 456 min manat, icbari sığorta növləri üzrə 20 milyon 148 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 2,9% və ya 4 milyon 145 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 12,6% və ya 2 milyon 909 min manat azalıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 34% artaraq 50 milyon 262 min manat , icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 16,2% artaraq 11 milyon 750 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar ayında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 36.8 manat sığorta ödənişi edilib. Bu rəqəm ötən ilin yanvar ayında 26.7 manata bərabər olub. Bu ilin yanvar ayında icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 58.3 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk ayında 43.8 manata bərabər idi.